İlon Mask tviteri alıb



Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.

Bu barədə LİVE.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

Tviter sosial şəbəkəsinin rəhbərliyi xəbəri təsdiqləyib. “Twitter, Inc.” bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb”, - sosial şəbəkənin xəbərində bildirilir.

Daha əvvəl İlon Mask tviterin qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib. Amerikalı milyarder şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri