33 yaşlı azərbaycanlı Gürcüstanda icra başçısının müavini təyin edilib
- 15.08.2013, 00:48,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli rayon icra hakimiyyəti başçısının müavini təyin edilib.
APA-nın məlumatına görə, yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli rayon polis idarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib.
R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb. Ailəlidir, bir övladı var.