“James Webb” teleskopunun hərəkəti korreksiya olunub




ABŞ-ın Aerokosmik agentliyi NASA-nın mütəxəssisləri “James Webb” teleskopunun hərəkətinə birinci korreksiyanı ediblər.

Live.az APA-ya istindla  xəbər verir ki, 65 dəqiqə davam edən proses bir qədər əvvəl başa çatıb.

Növbəti günlərdə daha 2 düzəliş həyata keçirilməlidir. Məqsəd teleskopun öz orbitinə nəzərdə tutulan vaxtda yerləşə bilməsidir.

Qeyd edək ki, startdan 27 dəqiqə sonra, Yerdən 1400 km yüksəklikdə teleskop daşıyıcı raketdən ayrılaraq müstəqil şəkildə yol qət etməyə başlayıb. Bir neçə saniyə sonra teleskopun Günəş panelləri açılaraq avadanlığı enerji ilə təmin etməyə başlayıb.

NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan “James Webb” teleskopunun orbitə qaldırılması üçün 10 milyard dollardan çox vəsait xərclənib. Fransa Qvianasındakı Kuru poliqonundan fəzaya qaldırılan teleskopun istismar müddəti 10 ildir. Yerdən 1,5 milyon km məsafədə işləyəcək cihazın öz orbitinə yerləşməsi təxminən 1 ay sonra baş verəcək.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri