Bayram günləri Türkiyədə yol qəzalarında 63 nəfər ölüb
- 13.08.2013, 00:39,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə Ramazan bayramının qeyd olunduğu üç gün ərzində baş vermiş yol qəzaları nəticəsində 63 nəfər ölüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Zaman" qəzeti xəbər yayıb.
Məlumatda bildirilir ki, yol qəzaları nəticəsində 350 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bəziləri hələ də xəstəxanalarda müalicə olunurlar.
Bildirilir ki, yol qəzalarının böyük hissəsi ölkənin əyalətlərini birləşdirən magistral yollarda baş verib.