Dövlət başçısı Hadrutda yol tikintisi ilə tanış olub




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.

LIVE.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.


///


İlham Əliyev Xocavənd ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri