Neftin ucuzlaşması davam edir
- 07.08.2013, 09:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,26 dollar azalaraq 1 barelə görə 105,30 dollar təşkil edib.
APA məlumatına görə, avqustun 6-da ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar azalaraq 108,18 dollar olub.