İki erməni hakim Avropa Liqasında qərəzli hakimliyə görə ömürlük diskvalifikasiya olunub
- 06.08.2013, 23:16,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir.