"Neftçi"nin Çempionlar Liqasında rəqibi bəlli oldu


"Neftçi"nin Çempionlar Liqasında rəqibi bəlli oldu


"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Live.az-ın məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Səpələnməmişlər səbətində yer alan ölkə çempionu Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə üz-üzə gələcək. Flaqmanın ilk qarşılaşması səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

///

2021-06-15 23:14

Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibləri azaldı


Azərbaycanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.


LİVE.az-ın məlumatına görə, mübarizəyə I təsnifat mərhələsindən start verəcək flaqman püşkatmada “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək.


Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri