“General Motors” avtonom rejimdə uçan avtomobil modelini təqdim edib




ABŞ-ın aparıcı avtomobil istehsalçısı “General Motors” (GM) şirkəti “Cadillac” markasının avtonom rejimdə (sürücüsüz) uçan modelini təqdim edib.

Yeni model “Consumer Electronics Show” sərgisində nümayiş etdirilib.

Uçan avtomobil saatda maksimum 90 kilometr sürətlə hərəkət edə biləcək. Taksi kimi xidmət etməsi planlaşdırılan nəqliyyat vasitəsi 1 sərnişin daşıya biləcək.

Bununla belə, yeni modelin kütləvi istehsalına nə vaxt başlanılacağı açıqlanmayıb. Bu qeyri-müəyyənliyə baxmayaraq uçan avtomobillərin təqdimatından sonra fond birjalarında "General Motors"un səhmləri 8,8% bahalaşıb.



Report
Şərhlər
Avtomobil bölməsinin xəbərləri