“SpeedTest”: Azərbaycan internet sürətinə görə 111-ci yerdədir



Bu ilin avqust ayına genişzolaqlı internet sürətinə görə Azərbaycan (22,29 Mbps) reytinqdə 3 pillə irəliləyərək 174 dövlət arasında 111-ci yerdə qərarlaşıb.

“Report” "Ookla" şirkətinə məxsus olan ən böyük internet sürətini müəyyənləşdirən saytlarından biri olan “SpeedTest” saytına istinadən xəbər verir ki, mobil internetdə isə Azərbaycan 4 pillə irəliləyərək (32,99 Mbps) 61-ci yerdə qərarlaşıb.

Məlumata görə, ilk üçlükdə Sinqapur (218,07 Mbps), Honkonq (205,69 Mbps) və Rumıniya (175,39 Mbps), siyahının son pillələrində isə Türkmənistan (3,56 Mbps), Əlcəzair (3,92 Mbps) və Yemən (4,35 Mbps) qərarlaşıb.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri