Koronavirus testinin nəticəsinin səhv olmasının səbəbi açıqlandı


Mütəxəssislər koronavirus testlərinin səhv nəticələr göstərməsinin səbəbini izah ediblər.

LIVE.az-ın məlumatına görə,  report RBK-ya istinadən xəbər verir ki, Rusiyanın Ali İqtisadiyyat Mərkəzinin Səhiyyə İnstitutunun direktoru Larisa Popoviç bəzi testlərin kifayət qədər həssas olmadığını və az miqdarda antikoru “görmədiklərini” bildirib.

Onun fikrincə, test prosesinin özü də vacibdir: testlər uğursuz antigeni seçirsə, onda digər virusların qalıq izlərini aşkar edə bilər. L.Popoviçin sözlərinə görə, hər bir testin virusu tapmaq və onu düzgün müəyyənləşdirmək imkanları məhdudlaşır.

“Bəzən səhv nəticələr olur, çünki genomun parçası uğursuz seçilib”, - elm adamı izah edib.

O deyib ki, Rusiyada aparılan testlərin 95-96 faizlik həssaslığı var, qalan 4 faiz halda isə səhv ola bilər: “Ancaq testdən keçmək faydalıdır. Həmçinin xəstəliyin əlamətləri varsa, bir neçə dəfə testdən keçmək lazımdr”.

Şərhlər
Sosial bölməsinin xəbərləri