Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq

 


Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Sabit Orucov küçəsində bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

LIVE.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - qurum bəyan edib.

 

Xatırladaq ki, bundan bir müddət öncə Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan yaradab ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq.

Bu kəsişmənin yaradılması Neftçilər prospekti və Afiyəddin Cəlilov küçələrinin yükünü xeyli azaldacaq ki, bu da şəhər mərkəzində tıxacların azalmasına gətirib çıxardacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri