AFFA Berti Foqtsa əvəzləyici axtarır

AFFA Berti Foqtsa əvəzləyici axtarır “Mən azarkeşlərin Berti Foqtsu istefaya çağırışlarını eşitməmişəm. Almaniyalı baş məşqçi millidə müqaviləsinin sonunadək işləməlidi”. APA-nın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyanın DPA agentliyinə açıqlamasında deyib.


Assosiasiya rəsmisi hələ iyulun 22-də, Milli Mətbuat Günü ilə münasibətilə jurnalistlərlə keçirilən görüşdə 2008-ci ilin aprelindən millimizin baş məşqçisi olan Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacaqlarını bildirmişdi.


Məmmədov bu dəfə vurğulayıb ki, 67 yaşlı almaniyalı çalışdırıcı çox güman cari seçmə mərhələnin sonunda vəzifəsindən gedəcək: “Biz eyni zamanda ona aktiv şəkildə əvəzləyici axtarırıq. Artıq namizədlər siyahısı var. AFFA-nın İcraiyyə Komitəsi bundan layiqli seçim edəcək”.
Şərhlər
İdman bölməsinin xəbərləri