ABŞ-ın Florida ştatında naməlum şəxs 6 nəfəri güllələyib

ABŞ-ın Florida ştatında naməlum şəxs çoxotaqlı evdə 6 nəfəri qətlə yetirib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, polis əməkdaşları qatili güllələyiblər.


Məlumata görə, atəş açan şəxs iki nəfəri girov götürüb. Qatil xüsusi təyinatlı polis tərəfindən öldürülüb. Bunadək isə o, polislər tərəfindən 6 saat mühasirədə olub.


Polis hücum edənin şəxsiyyəti və qətlin səbəbi barədə hələ məlumat vermir.
Şərhlər
Dünya bölməsinin xəbərləri