İspaniyada baş verən dəmir yol qəzasının görüntüləri [Video]

İspaniyada baş verən dəmir yol qəzasının görüntüləri [Video] İspaniyanın Qalisiya muxtar vilayətində baş verən dəmir yol qəzasına görə bu ölkədə matəm elan olunub.


Live.az-nın Russiya mediasına istinadən verdiyi məlumata görə, İspaniyanın baş naziri Mariano Raxoy qəza yerinə gələrək, başsağlığı verib.


Bu dəqiqələrə olan məlumata görə, həmin vilayətin Santyaqo de Kompostela şəhərinin yaxınlığında baş verən qəza nəticəsində 77 nəfər həlak olub, 140 nəfər xəsarət alıb. Qəzanın səbəbləri barədə hələlik dəqiq məlumat yoxdur. İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən qatar döngədə aşıb.


Qəzanın video görüntüləri yayılıb:



Şərhlər
Dünya bölməsinin xəbərləri