Putin Xəzərin sahillərini görmək üçün İrana gəmi ilə gedəcək
- 24.07.2013, 19:28,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya dövlət başçısının İrana səfəri İslam Respublikası ilə nüvə danışıqlarını yenilənmək məqsədi güdür. ANS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putin İran prezidentinin inauqurasiya mərasimindən bir neçə gün sonra -avqustun 12-də Tehranda olacaq. Səfər zamanı Putin həmçinin İrana S-300 komplekslərinin əvəzinə “Antey-2500” müasir raket komplekslərinin satışı məsələsini müzakirə edəcək.
Qeyd edək ki ,Rusiya 2010-cu ildə İrana S-300 komlekslərinin satışını dayandırmışdı.
Salamnews-un “Mehr” agentliyinə istinadən yaydığı xəbərə görə isə, Putin Azərbaycan və İran sahillərini görmək üçün İrana gəmi ilə səfər etməyi planlaşdırıb.