Bakının bəzi yerlərində temperatur 27 dərəcəyədək yüksələcək

Sabah Bakının bəzi yerlərində temperatur 27 dərəcəyədək yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 26-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam saatlarında şimal küləyi ilə əvəzlənəcək.

Bakıda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq, bəzi yerlərdə 25-27 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında isə aprelin 26-də hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-5 isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 şaxta olacağı gözlənilir.

Məlumata görə, ümumiyyətlə yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində temperatur getdikcə yüksələcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri