Vladivastokda Putin ilə Kim Çen Inın ilk sammiti başa çatıb



Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasında Vladivostokda keçirilən ilk sammit başa çatıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Putin ilə Kim Çen Inın danışıqları 3,5 saat davam edib.

Qeyd olunur ki, tərəflər 2 saata yaxın təkbətək müzakirələr aparıblar.

///

Vladivostokda Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasındakı təkbətək formatda görüş başa çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təxminən, iki saat davam edən təkbətək görüşdən sonra Rusiya-KXDR danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

"Hökumətlərarası münasibətlərimizin tarixi, bu günümüz, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında söhbət etdik", - V.Putin təkbətək görüşdən sonra deyib.

Görüşdə həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri