Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb


Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları Almaniyanın Hessen və Reynland-Pfalts federal torpaqlarında reydlər təşkil edib. Nəticədə 11 nəfər saxlanılıb.

Saxlanılan şübhəli şəxslərdən üçünün avtomobil və odlu silahla terror aktı hazırladıqları bildirilib.

Digər saxlanılan şəxslər isə maliyyə dəstəyi göstəriblər.

Axtarışlar nəticəsində 20 min avro nağd, odlu silah və narkotik tapılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri