Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb





Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifələrinin icrasına başlayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.

///

Nazarbayev Putinlə istefasını müzakirə edib


Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə telefonda istefasını müzakirə edib və onlar gələcəkdə müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Dövlət başçıları Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 20 mart 2019-cu il tarixindən səlahiyyətlərinin icrasını dayandırmaq barədə qərarından söhbət ediblər", - deyə məlumatda bildirilir.


///


Nursultan Nazarbayev istefa verib


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.

Bunu dövlət başçısı martın 19-da xalqa müraciətində bildirib.

Prezident seçkiləri keçirilənə qədər Qazaxıstan Prezidenti səlahiyyətlərini Parlament Senatının sədri Kasım-Jomart Tokayev yerinə yetirəcək.

Qeyd edək ki, fevral ayında Qazaxıstan Konstitusiya Şurası dövlət başçısı Nursultan Nazarbayevin müraciətinə cavab olaraq ölkənin əsas qanununun respublika Prezidentinə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməyə icazə verdiyini bildirib.

"Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk Prezidenti olmağa imkan verdi", - N.Nazarbayev deyib. O, nailiyyətlərindən biri kimi Qazaxıstan Respublikası adlı müasir demokratik dövlətin yaradılmasını vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri