"Facebook" Yeni Zelandiyada baş verən teraktın 1,5 milyondan artıq videosunu silib



"Facebook"un əməkdaşları Yeni Zelandiyada məscidlərə edilən hücumların sosial şəbəkədə yerləşdirilən 1,5 milyondan artıq videosunu siliblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkənin rəsmi nümayəndəsi Miya Qarlik bildirib.

M.Qarlik deyib: "İlk 24 saat ərzində 1,5 milyon video silinib. Onların 1,2 milyonu yüklənmə mərhələsində silinib".

Rəsmi nümayəndə qeyd edib ki, sosial şəbəkənin əməkdaşları bu istiqamətdə işlərini davam etdirirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri