"Germania" aviaşirkəti müflis olub



Almaniyanın nüfuzlu "Germania" aviaşirkəti müflis olması barədə açıqlama yayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi bildirib.

Məlumatda qeyd edilir ki, şirkət təyyarə uçuşlarını dayandırıb.

Xatırladaq ki, "Germania" özəl aviaşirkət idi. Şirkətin əsası 1978-ci ildə qoyulub.

Daha əvvəl məlum olub ki, Almaniya Bankı – “Deutsche Bank” 2014-cü ildən ilk dəfə olaraq mənfəət əldə edib.

Şərhlər
Dünya bölməsinin xəbərləri