Azərbaycan ərazisində hava istiləşəcək, temperatur bəzi yerlərdə 27 dərəcəyədək yüksələcək

Azərbaycan ərazisində hava istiləşəcək, temperatur bəzi yerlərdə 27 dərəcəyədək yüksələcək Sabahdan Azərbaycanda hava mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə aprelin 25-də hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

Məlumata görə, ümumiyyətlə yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində temperatur getdikcə yüksələcək.

Qeyd edək ki, son 10 gündə Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Temperatur illik normadan 2-3 dərəcə aşağıdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri