Köşə yazarının barmaqlarını kəsib, "zəfər" kimi şahzadəyə aparıblar


"Washington Post"un köşə yazarı Camal Haşoqqinin kəsilmiş barmaqlarının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana təhvil verildiyi iddia olunur.

Live.az-ın məlumatına görə, bu baradə milli.az mirror-a istinadla xəbər verir. Jurnalist Camal Haşoqqinin barmaqları diriykən kəsilərək "zəfər" nümunəsi kimi Məhəmməd ibn Salmana göndərilib.

15 nəfərlik dəstə onun diriykən barmaqlarını doğrayıb, sonra da bədənini hissələrə ayırıblar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.

Türkiyə polisinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, elə həmin vaxtda Səudiyyə Ərəbistanından İstanbula xüsusi təyyarə ilə gəlmiş 15 nəfər konsulluğa giriblər. Həmin adamlar sonradan elə gəldikləri təyyarə ilə Ər-Riyada qayıdıblar.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb.

Şərhlər
Dünya bölməsinin xəbərləri