Robert Koçaryana qarşı Ermənistanda konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb

Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.  

 

Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilmişdir.

 

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib.

 

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.  

 

Bu gün həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, 2008-ci ildə Yerevan hərbi qarnizonunun komandanı olmuş Yuri Xaçaturov da  Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri