II Yelizaveta Trampı qəbul edib



Böyük Britaniyanın kraliçası II Yelizaveta Vindzor qəsrində ABŞ prezidenti Donald Tramp və xanımı Melanyanı qəbul edib.
 
Bu barədə SkyNews xəbər verib.
 
Məlumata əsasən, ümumilikdə görüş 57 dəqiqə davam edib. Kraliça Trampla təkbətək görüşə isə 17 dəqiqə ayırıb.
 
Donald Tramp II Yelizavetanın şəxsən tanış olduğu 12-ci ABŞ prezidentidir.





APA
Şərhlər
Dünya bölməsinin xəbərləri