Tramp və Kim Çen In arasında görüş başa çatıb



Tramp: Şimali Koreya raketləri məhv edəcək


Şimali Koreya artıq raket mühərriklərinin sınaqdan keçirildiyi poliqonu məhv edib, daha sonra isə raketləri də məhv edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib ki, Şimali Koreya rəhbəri Kim Çen In ölkədə iri raket poliqonunun məhv edildiyini onun özünə bildirib:

“Bu, çox böyük işdir. Tezliklə orada sınaqdan keçirilən raketlər məhv ediləcək”.

ABŞ Prezidenti əlavə edib ki, bu məlumat birgə bəyanatda yer almayıb, çünki razılaşma sənəd imzalandıqdan sonra əldə edilib.


///


ABŞ və Şimali Koreya liderləri yekun sənəd imzalayıblar

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Sinqapurda keçirdikləri görüşün yekunu üzrə sənəd imzalayıblar.

Trend-in məlumatına görə, K.Ç.In yekun sənədin imzalanmasını "yeni start" adlandırıb.

X X X


ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sənəd imzalayacağını bəyan edib.

Trend-in məlumatına görə, bununla belə, o hansı sənəddən söhbət getdiyini açıqlamayıb.

ABŞ Prezidenti qeyd edib ki, K.Ç.Inla görüşdə böyük irəliləyiş əldə olunub və görüş gözlənildiyindən də yaxşı keçib.

Öz növbəsində, Koreya Xalq Demokratik Respublikasının rəhbəri bildirib ki, D.Trampla sıx əməkdaşlıqda maraqlıdır. O, Pxenyan və Vaşinqtonun problemlərin öhdəsindən gələ biləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, liderlər arasında tarixi görüş Sinqapurun Sentosa adasında keçirilib.
///

Tramp və Inın Sinqapurda görüşü başladı

ABŞ prezidenti Donald Tramp KXDR lider Kİm Çün Inla Sinqapurda görüşüb.

Trend-in məölumatına görə, başçılar davamlı əlsıxma ilə ilə bir-birini salamlayıblar.

Qeyd olunur ki, onlar azca gülümsəyirdilər, bundan sonra Tramp KXDR liderinə təkbətək görüş keçirməyə dəvət edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri