АBŞ-da məktəbdə atışma baş verib, 10 nəfər ölüb

ABŞ-ın Santa-Fe şəhərində baş verən silahlı insident nəticəsində 9 şagird və 1 müəllim ölüb.
 
Bu barədə MSNBC telekanalı xəbər verib.
 
Məlumata əsasən, hadisə zamanı 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Təhsil ocağının rəhbərliyi məktəbdə partlayıcı qurğuların aşkar edildiyini bildirib. Hazırda onlar istehkamçılar tərəfindən zərərsizləşdirilir.
 
İlkin məlumata əsasən, məktəbdə atəşi 17 yaşlı şagird açıb. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb.
 
***
 
ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) məktəbdə silahlı insident baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
İlkin məlumata əsasən, insidentlə əlaqədar 2 nəfər saxlanılıb.
 
CNN telekanalının xəbərinə görə, silahlı şəxs sinifə daxil olaraq atəş açıb.
 
Hadisənin digər təfərrüatları və atəş açan şəxsin kimliyi barədə hələ ki, məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri