Kabildə partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb




Kabildə partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

 

Bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.

 

Partlayış nəticəsində 50 nəfərdən çox insan yaralanıb.

 

///
 

Bu gün Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında partlayış olub.

 

APA-nın "Pajvak" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

İlkin məlumata görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri