MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 86,09 faiz səs toplayıb



Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
 
 MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 86,09 faiz
 
Qüdrət Həsənquliyev – 3,4  faiz
 
Sərdar Cəlaloğlu - 2,97  faiz
 
Zahid Oruc - 3, 07 faiz
 
Hafiz Hacıyev - 1,51  faiz
 
Araz Əlizadə - 1,4  faiz
 
Fərəc Quliyev - 1,18  faiz
 
Razi Nurullayev 0,74 faiz

///


Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb.
 
 Mərkəzi Seçki Komissiyasının Katibliyinin (MSK) Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19.00-da səsvermə başa çatıb və  5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib.

Beləliklə, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.
 
F. Orucov seçkilərdə ən aktiv və passiv seçki dairəsini də açıqlayıb.
 
Ən aktiv seçki dairəsi olan Şərur-Sədərək Seçki Dairəsi üzrə 38 min 713 seçicidən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib.
 
Ən passiv seçki dairəsi isə 17 saylı Yasamal III Seçki Dairəsi olub. Burada qeydiyyatda olan 40 068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri