Almaniyada sürücü yük avtomobilini insanların üstünə sürüb: 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Almaniyada yük avtomobilini piyadaların üzərinə sürən sürücü intihar edib.


 APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olduğunu istisna etmir.

 

Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.

 

///

Almaniyada sürücünün idarə etdiyi yük avtomobilini insanların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.

 

Bu barədə "FAZ" nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

 

*** 19.05

 

Almaniyada sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.

 

APA-nın "Rheinische Post" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

 

"Focus" qəzetinin yazdığına görə, insident nəticəsində xəsarət alanların sayı 50-dən çoxdur.

 

Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.

 

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.
Şərhlər
Dünya bölməsinin xəbərləri