Puçdemon Almaniyada saxlanılıb


Kataloniya Muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon saxlanılıb.

 

Bu barədə TASS agentliyi məlumat yayıb.

 

Finlandiyadan Belçikaya gələn K. Puçdemon Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, 27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.

 

Keçən il dekabrın 5-də İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri K. Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib. Bu il martın 23-də isə İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyaren K. Puçdemonun həbsi üçün order verib.




APA
Şərhlər
Dünya bölməsinin xəbərləri