Stüardessa təyyarədən yıxılaraq ölüb

"Emirates" aviaşirkətinin stüardessası təyyarənin qəza lyukundan yıxılıb.

Trend-in məlumatına görə, hadisə Uqandanın Entebbe hava limanında baş verib.

Qeyd olunur ki, təyyarə uçuşa hazırlaşan zaman lyukun qapısı naməlum səbəbdən açılıb. Hadisə nəticəsində stüardessa ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən qadın, orada həyatını itirib.

Qapının hansı səbəblərdən açılması ilə bağlı araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri