Səudiyyə şahzadəsi London hava limanında intihar edib



Səudiyyə Ərəbistanlı şahzadə Bandar bin Xalid bin Əbdüləziz İngiltərədə, London hava limanında intihar edib.

 

APA-nın “Sözcü”yə istinadən verdiyi xəbərə görə, şahzadə hava limanında onu deportasiya etmək istəyən işçilərin gözü qarşısında özünü balkondan atıb.

 

Əbdüləzizin daha əvvəl Səudiyyə rəsmiləri tərəfindən geri çağırdığı, ancaq onun geri dönmədiyi iddia edilib. Sosial şəbəkələrdə şahzadənin intiharı olduğu iddia edilən video da yayılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri