Liverpulda 1000-dən çox avtomobil yanıb

Böyük Britaniyanın Liverpul şəhərində "Echo Arena" əyləncə meydanı yaxınlığında yerləşən 1,6 min maşının saxlanması üçün nəzərdə tutulan çoxmərtəbəli olduğu avtomobil dayanacağında yanğın baş verib.
 
APA-nın "Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, həmin vaxt "Echo Arena" əyləncə meydanında beynəlxalq at sərgisi olub.
 
Yanğınla əlaqədar atlar evakuasiya edilib, şou yarımçıq qalıb. Yerli sakinlər də tüstü ilə bağlı evlərini tərk etməli olublar.
 
İlkin araşdırmalar göstərib ki, yanğın təsadüfən avtomobillərdən birində başlayıb, sonra yanğın digər avtomobillərə keçib. Dayanacaqdakı avtomobillərin hamısı yanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri