Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 36-ya çatıb

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 36-ya çatıb



ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Bu barədə “AP” agentliyi xəbər verib.

Son məlumatlara əsasən, yanğın azı 5 700 çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib, təxminən 90 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda bölgədə 17 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Yerli canlı qüvvəyə Kanada və Avstraliyadan gələn yanğınsöndürənlər kömək edir.


***



ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə ABC telekanalı xəbər verib.

Məlumata əsasən, 100 nəfərin taleyi naməlum olaraq qalır.

Prezident Donald Tramp Kaliforniyanın şimal bölgəsini fəlakət zonası elan edib və müvafiq qurumlara bölgəyə yardım göndərmək üçün tapşırıq verib.




APA
Şərhlər
Dünya bölməsinin xəbərləri