Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,8 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,8 mlrd. dollarlıq müsbət saldo yaranıb


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. 522 mln. 054,35 min ABŞ dolları təşkil edib.

Live.az Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6,93% azdır.

Bu ilin yeddi ayı ərzində idxal əməliyyatları 4 mlrd. 369 mln. 692,31 min dollar olub ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 8,17% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 152 mln. 362,04 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,03% azalıb.

Nəticədə 1 mlrd. 782 mln. 669,73 min dollar məbləğində müsbət saldo yaranıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri