Yeni “iPhone 8”in yekun dizaynı nümayiş olundu - Arxası şüşədən

Yeni “iPhone 8”in yekun dizaynı nümayiş olundu - Arxası şüşədən İnternetdə yeni “iPhone” maketlərinin görüntüləri yayılıb.

“iPhone 8” telefonları məhz bu maketlər əsasında istehsal ediləcək.

Görüntülərə əsasən ehtimal olunur ki, yeni smartfonların arxa hissəsi şüşədən hazırlanacaq, ikili kamera isə şaquli olacaq.

Bundan başaqa həmin maketlərdə “Home” düyməsi mövcud deyil. Ehtimal olunur ki, “Apple” barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq.

“iPhone 8” bu ilin sentyabrında təqdim olunacaq.


Trend
Şərhlər
Texnologiya bölməsinin xəbərləri