Deputatın davranış qaydaları ilə bağlı qanun layihəsi parlamentin plenar iclasının gündəliyindən çıxarılıb

“Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb.


Layihə əvvəldən iclasın gündəliyinə salınaraq, təsdiqlənib. Layihənin bugünkü plenar iclasın gündəliyindən çıxarılma səbəbi açıqlanmır.


Xatırladaq ki, qeyd olunan layihənin komitələrin birgə iclasında müzakirəsi zamanı bəzi fikir ayrılıqlarına səbəb olmuşdu.




APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri