Kolumbiyada 100-dən çox uşaq təbii fəlakətin qurbanı olub

Kolumbiyada 100-dən çox uşaq təbii fəlakətin qurbanı olub Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yayılan rəsmi məlumatda deyilir.

Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.

Məlumata görə, 127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi - İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri