Azərbaycan dünyanın ən yaxşı ölkələr siyahısında

Azərbaycan dünyanın ən yaxşı ölkələr siyahısında US News & World Report jurnalı tərəfindən dünyanın ən yaxşı ölkələrinin reytinqi dərc olunub. Reytinq tərtib olunarkən dünyanın 80 ölkəsi götürülüb.


Live.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, "U.S News and World Report" jurnalının reytinqində 80 ölkə sıralanıb. Siyahının tərtib olunması üçün həmin turizmın inkişafı, sosial sferalar, iqtisadiyyatın inkişaf tempi, həyat səviyyəsi və dünya siyasətinə təsiri kimi amillər nəzərə alınıb.


"U.S News and World Report"un reytinqində Azərbaycan 80 ölkə arasında 69-cu yer tutub.


Qonşu ölkələr arasında yaşamaq üçün ən əlverişli ölkələrdən Rusiya 27-ci, Türkiyə 36-cı, Belarus - 70-i, Qazaxıstan 71-ci, Ukrayna - 73-cü və İran isə 79-cu pilləni tutub.


Yaşayış üçün ən əlverişli ölkələr isə bunlardır.

TOP - 10



1. İsveçrə
2. Kanada
3. Böyük Britaniya
4. Almaniya
5. Yaponiya
6. İsveç
7. ABŞ
8. Avstraliya
9. Fransa
10. Norveç
Şərhlər
Sosial bölməsinin xəbərləri