Saxta diplom qalmaqalı ilə gündəmə gələn həkim klinikadan uzaqlaşdırılıb

Son günlər saxta diplom qalmaqalı ilə gündəmə gələn “Zəfəran Hospital”ın həkimi Günay Qasımova bu gün klinikadan yola salınıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, klinika rəhbəri bundan sonra G. Qasımovayla birgə işləmək istəmədiyini bildirib.

Qeyd edək ki, bu məsələni Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev gündəmə gətirib: “İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib. Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb”.

Xatırladaq ki, “Qafqazinfo” məsələ ilə bağlı “Zəfəran Hospital”da çalışan Günay Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, yazılanlardan xəbərdardır: “Haqqımda o məlumatları paylaşanlar məhkəməyə veriləcək. Mən artıq İstanbul universitetinə bu barədə müraciət etmişəm. Sadəcə prosedur qaydalarına görə iki həftədən sonra mənə rəsmi cavab veriləcək”.


Saxta diplom qalmaqalı ilə gündəmə gələn həkim klinikadan uzaqlaşdırılıb



Saxta diplom qalmaqalı ilə gündəmə gələn həkim klinikadan uzaqlaşdırılıb



Saxta diplom qalmaqalı ilə gündəmə gələn həkim klinikadan uzaqlaşdırılıb
Şərhlər
Sosial bölməsinin xəbərləri