Qar uçqunu olub, maqistral yol bağlanıb

Qar uçqunu olub, maqistral yol bağlanıb Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.


Live.az APA-ya istinadən xəbər verir ki, uçqun magistralın 37-ci kilometrliyində baş verib.


Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.


“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.
Şərhlər
Sosial bölməsinin xəbərləri