Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar 1000 dəfə azaldılıb

2016-cı ildə Azərbaycanda sahibkarlıq fəaliyyəti üzrə cəmi 60 yoxlama aparılıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "İxracatçılar Klubu" və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşündə deyib.

Nazir müavini qeyd edib ki, 2015-ci ildə 60 min analoji yoxlama aparılıb.

S.Babayev bildirib ki, son iki il ərzində hökumət ölkədə biznes mühitinin yaxşılaşdırılması üzrə mütəmadi tədbirlər görüb.
Şərhlər
Sosial bölməsinin xəbərləri