Jurnalist və jurnalist olmaq istəyənlər üçün yeni layihə

Jurnalist və jurnalist olmaq istəyənlər üçün yeni layihəJurnalistlərin, jurnalist olmaq istəyənlərin və ümumiyyətlə “öyrənmək heç vaxt gec deyil” düşününlərin nəzərinə!

Gənc jurnalistlər üçün – “İXTİSASLAŞMIŞ JURNLİSTİKA Videodərslər” layihəsi çərçivəsində 8 mövzu üzrə peşəkar çəkilişlər aparıldı və videodərslər hazırlandı. Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Ruhiyyə Aslanova videodərslərin geniş ictimayyətə yayımlanmadan öncə keçirilən ictimai baxış zamanı bu haqda məlumat verdi.

250 nəfərə yaxın gəncin qatıldıgı təlimlər haqda danışan Ruhiyyə Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin

"Gənc Jurnalistlər üçün Jurnalistikaya giriş” layihəsinin davamı oldugunu bildirdi.

Bu dəfə gənc jurnalistlər üçün – jurnalistlər Adia Eyvazlı - jurnalist araşdırması, Mirsəməd Cəfərli - səyahət jurnalistikası, Rahib Qərib - hərbi jurnalistika, Ayaz Mirzəyev - beynəlxalq jurnalistika, Yaqut Əliyeva - dini jurnalistika, Günay Malikqızı - korporativ jurnalistika və fotomüxbir Rustəm Fərman İsmayılov öz təcrübələri ilə bölüşüblər.

Hər biri 10-15 dəqiqə davam edən videodərslər zamanı jurnalistika ilə maraqlanan gənclərə jurnalistikada ixtisaslaşmanın vacibliyindən danışılıb. Jurnalistlərin iştirakı ilı keçən ictimai baxış zamanı çıxış edən qonaqlar jurnalistlərin öz təcrübələri ilə bölüşub, gənclərə səmərəli istifadə edə biləcəkləri məsləhətlər verməklə onlara əvəzsiz imkan yaradıldıgını vurguladılar.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, ideya müəllifi Günay Malikqızı, qurluşçu operator isə Namiq İxtiyarovdur.

Böyütmək üçün şəkilə klikləyin:

Şərhlər
Sosial bölməsinin xəbərləri