"Xəzər Lənkəran" yarımfinalın ilk oyununda uduzdu
- 17.04.2013, 18:40,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, ilk görüş "Bakı" ilə "Xəzər Lənkəran" arasında baş tutub. "Bakı" doğma meydanda Lənkəran təmsilçisinə qalib gəlib.
Gərgin keçən matçda bir qol qeydə alınıb. "Bakı"nın futbolçusu Marius Pena 84-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb (1:0).
Digər oyun isə "Neftçi" və "Qarabağ" arasında keçiriləcək.