Banklar 11 filialın açılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib

Azərbaycanda bankların yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 11 müraciət daxil olub.

APA-nin sorğusuna cavab olaraq Palatadan bildirilib ki, Direktorlar Şurasının qərarı ilə 1 filialın açılmasına icazə verilib, digər müraciətlərə baxılır.

Məlumata əsasən, bankların şöbələrinin açılması üçün icazənin alınması ilə əlaqədar Palataya 1 müraciət daxil olub və hal-hazırda bu müraciətə baxılır.

“Bank olmayan kredit təşkilatları fəaliyyətinə lisenziyanın alınması ilə əlaqədar 2 müraciət daxil olub. Bir müraciət üzrə lisenziyanın verilməsindən imtina edilib, digər müraciətə isə baxılır. Bank olmayan kredit təşkilatlarının yeni filiallarının açılması üçün icazənin alınması ilə əlaqədar 1 müraciət daxil olub və hal-hazırda həmin müraciətə də baxılır”, - deyə məlumatda vurğulanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri