WhatsApp bu telefonlarda işləməyəcək

WhatsApp bu telefonlarda işləməyəcək Bu ilin sonundan etibarən WhatsApp mesenceri BlackBerry, Android və Nokia-nın bir sıra əməliyyat sistemlərində işləməyəcək.

ANS-in məlumatına görə, mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə olunan platformalarına diqqət yetirəcək və daha əvvəllər buraxılmış versiyaları dəstəkləməyəcək. Bu sıraya BlackBerry, BlackBerry 10, Nokia S40, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7.1 əməliyyat sistemləri daxildir. Şirkətin məlumatında bildirilir ki, bu əməliyyat sistemləri artıq mesencerin bütün funksiyalarından istifadə etməyə imkan vermir.

Şirkət belə telefonlardan istifadə edənlərə əməliyyat sistemlərini daha sonrakı versiyalara qədər yeniləməyi tövsiyə edir.

1 milyard istifadəçisi olan WhatsApp smartfonlar üçün ani mesajlaşma proqramıdır. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verən proqram müxtəlif platformalarda Android, BlackBerry OS, BlackBerry 10, iOS, Series 40, Symbian (S60) və Windows Phone- da işləyir. Messenceri yaratmış şirkətin 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir.

19 fevral 2014-ci il tarixində Facebook tərəfindən 19 milyard dollara satın alınıb.

Son hesablamalarına görə, WhatsApp vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon video mesaj göndərilir.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri