Tayvanda zəlzələ qurbanlarının sayı 14-ə çatıb

Tayvanda bu gün baş vermiş güclü zəlzələ qurbanlarının sayı 14 nəfərə çatıb, 156 nəfər itkin düşmüş hesab edilir.

Trend-in “RİA Novosti” – yə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində daha 484 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri