Fevralın ilk günü Bakıda havanın temperaturu 13 dərəcəyə yüksələcək

Fevralın 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu bəzi yerlərdə 14 dərəcəyə yüksələcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri